Putin ad gününü Tayqada keçirdi – Uzun sürən gəzinti +Video

 Kremlin yaydığı görüntülərə görə, Rusiya Prezidenti Vladimir Putin bu gün 67 yaşını qeyd etməzdən öncə özü üçün "Sibir qaçışı"nı təşkil edib. 

O tayqa meşəsində uzun gəzintiyə çıxıb. 

«Sherg.az» « Lefigaro.fr»ə istinadən xəbər verir ki,  V.Putin başına papaq, gözünə gün eynəyi taxaraq  Monqolustanla sərhəddə yerləşən kasıb Tuva Respublikasının təbiəti ilə canlı ünsiyyətdə olub. O təbiət qoyununda xeyli gəzib. V.Putini müdafiə naziri Sergey Şöyqü müşayiət edib. 

Kremlin yaydığı videodan da görünür ki, V.Putin gəzinti zamanı göbələk, yabanı giləmeycə və şam qozaları yığıb. 

Bu gəzinti barədə danışan V.Putin qeyd edib ki, 2 min metr yüksəklikdə gəzintiyə çıxmaq ona xüsusi zövq verib:

Bura az qala buludları üstü hesab olunur".

Bundan başq V.Putin maşınla da bir az gəzir, daha sonra o, qayalıqda piyada gəzir və daha sonra yorulub qayanın üstündə oturub, dincəlir. 



Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu