Vahid Əhmədov Əli Əsədova təkliflər verdi

“Əli Əsədovu biz uzun müddətdir ki, tanıyırıq. O, 20 ildən artıqdır ki, Prezident Administrasiyasında çalışır. Onun Azərbaycanda aparılan iqtisadi islahatlara verdiyi töhfə böyükdür”.

Bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib. O, Əli Əsədova bəzi təkliflər də verib.

“Xahiş edirəm ki, deputatların verdiyi təkliflərə, qaldırdığı məsələlərə diqqətlə baxasınız, müvafiq tapşırıqlar verəsiniz. Deputatların telefon zənglərinə vaxtında cavab verilməsi məsələsinə də baxmağınızı xahiş edirəm”,-deyə V.Əhmədov bildirib.

Deputat Ə.Əsədova təklif edib ki, Baş nazir olandan sonra qeyri-neft sektorunun inkişafına daha çox diqqət ayrılsın.

V.Əhmədov onu da əlavə edib ki, Hesablama Palatasının rəylərinə də diqqətlə baxılması vacibdir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu