Türkiyə ilə ABŞ arasında “soyuq müharibə” davam edir: REGİONDA GÜC SAVAŞI

“Türkiyə ilə Amerika arasında “soyuq müharibə” davam edir”. Bunu Sherg.az-a açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı deyib. 

Partiya rəhbəri vurğulayıb ki, Türkiyə həm siyasi, həm də iqtisadi baxımdan böyümək və özünün təhlükəsizliyini təmin etmək üçün addımlar atır: 

“Türkiyənin belə gedişləri regionda və dünyada yeni effektiv siyasi oyunçu edir. Uzun illərdir Türkiyəni öz maraqlarının regiondakı təminatçısı və forpostu kimi görən Amerika üçün bu vəziyyət qəbuledilməzdir. Odur ki, ABŞ zaman-zaman müstəqil siyasi kurs yürüdən Rəcəb Tayyib Ərdoğanı zəiflətmək və iqtidardan uzaqlaşdırmaq üçün müxtəlif kombinasiyalar üzərində çalışır. Ancaq xalqın dəstəyinə söykənən AKP hakimiyyəti Qərbin hücumlarını dəf edir. Vaşinqton Suriyadakı proseslərdən öz maraqları naminə Türkiyəyə qarşı istifadə etməyə çalışır. Məhz bu məqsədlə NATO-da müttəfiq olduğu bir ölkənin əleyhinə olaraq terrorçu qüvvələrə silah-sursat yardımı edir. Ancaq Türkiyə hökuməti qurulan oyunun fərqindədir. Qardaş ölkənin gələcək təhlükəsizliyi üçün sərhəddəki terrorçu qruplaşma təhdidi aradan qaldırılmalıdır”. 



Tural Abbaslı: "Qardaş ölkənin gələcək təhlükəsizliyi üçün sərhəddəki terrorçu qruplaşma təhdidi aradan qaldırılmalıdır"


T.Abbaslının sözlərinə görə, bu günlərdə Türkiyə hərbi əməliyyatlara başlayacaq: 

“Bununla bağlı Türkiyə rəhbərliyi müxtəlif bəyanatlar verib və xarici dövlətləri məlumatlandırıb. Düşünürəm ki, Amerika artıq bu reallığı dəyişdirə bilməyəcəyini qəbul etdiyi üçün Tramp səviyyəsində siyasi təhdidlərə keçib. Lakin Qərb ölkələri bilməlidir ki, Türkiyə əvvəlki Türkiyə deyil və heç kim qardaş ölkə ilə təhdid  dilində danışa bilməz. ABŞ prezidentinin bəyanatlarını uğursuz siyasi blef kimi qəbul edirəm. Amerika artıq regiondakı siyasətində Türkiyənin dövlət maraqlarını gözardı edə bilməz. ABŞ-ın hazırkı vəziyyətdə edə biləcəyi ən faydalı iş strateji müttəfiq dediyi Türkiyə ilə səmimi və dürüst münasibət qurmasıdır. Əks təqdirdə  Amerikanın regiondakı təsir imkanları minimuma enəcək”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu