Keçmiş məhkum narkotiklə tutuldu

Bakı şəhər sakini narkotik ilə tutulub. 

Oxu.Az xəbər verir ki, Xəzər RPİ-nin 2-ci polis şöbəsi və Çevik Polis Alayı əməkdaşları birgə əməliyyat-axtarış tədbirləri keçirib. 

Nəticədə əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Anar Qocayevin üzərindən yarım kilo heroin aşkarlanaraq götürülüb. 

Faktla bağlı araşdırma davam edir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu