Keçmiş baş həkim azadlıqdan məhrum edildi

Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Kosayev Tacəddin Vahid oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA -nın məlumatına görə, Mingəçevir şəhər Məhkəməsində hakim Ələkbər Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, T. Kosayev 2 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T. Kosayev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub.
Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Onu da qeyd edək ki, T. Kocayev uzun müddət Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının baş həkimi olub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu