Azərbaycanda güclü zəlzələ gözlənilmir

Bu gün Xəzər dənizində iki dəfə zəlzələ olub. AMEA yanında Respublika Seysmoloji Xidmət Mərkəzin məlumatına görə 09:33-da 3.5 maqnitudada, 10 km dərinlikdə qeydə alınıb.

Respublikada seysmoloji vəziyyətin fon səviyyəsində olduğunu deyən Mərkəzin rəhbəri Qurban Yetirmişli Sherg.az-a deyib ki, Azərbaycan seysmoloji ərazidə yerləşir:

"Amma buna baxmayaraq böyük təhlükələr yoxdur. Həm Xəzər dənizində, həm də ölkəmizin müxtəlif bölgələrində tektonik hadisələr, o cümlədən zəlzələlər tez-tez olur. Bunlar xırda təkanlar olduğu üçün, qorxulu deyil. Normal tektonik hərəkətlərdir. Əsas odur ki, bu xırda təkanlar təhlükəli deyil. Azərbaycanda yuxarı bal gücündə zəlzələlər nadir hallarda olur. İndiki vəziyyətdə güclü zəlzələ gözlənilmir". 

Kənan Novruzov

Paylaş

Bizi Facebookda izləyin
menu
menu