Masazırda ər arvadını döyərək öldürdü

Abşeronda ər arvadını döyərək öldürüb.

Report xəbər verir ki, hadisə Abşeron rayonu Masazır qəsəbəsi, “Qurtuluş 93” bina 51 ünvanında qeydə alınıb.

Belə ki, Abdullayeva Aynurə Bəhmən qızı əri Yaqub Qurbanov tərəfindən döyülüb. 

Baş və bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər alan qadın qonşuların köməyi ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Qadın aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.  

Yaqub Qurbanov polis əməkdaşları tətəfində saxlanılaraq istintaqa cəlb edilib. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu