Nazir Azərbaycanda AES-in tikintisi ilə bağlı açıqlama verdi

Azərbaycan Rusiya tərəfindən ölkədə Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı irəli sürülən təklifi nəzərdən keçirir.

" APA -Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Energetika naziri Pərviz Şahbazov deyib.

Nazirin sözlərinə görə, Rusiya bu sahədə böyük təcrübəyə malikdir və bu ölkənin dünya üzrə bir çox analoji layihələri var:

"Bizə də təklif olunub və Azərbaycan bu təklifi nəzərdən keçirir. Amma konkret bir şey demək hələ tezdir".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu