"Milli Şura"nın piket rəzaləti: Aksiyadan da "2" aldılar

“Ssenarisini Əli Kərimlinin yazdığı və pərdə arxasından dirijorluğunu etdiyi “Milli Şura”nın piketi sözün həqiqi mənasında tam bir rəzalət idi”.  Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya sədri bildirib ki, piketin təşkilatçıları bilərəkdən ya bilməyərəkdən aksiyanı ciddi-cəhdlə mitinqə çevirməyə cəhd göstərirdilər və bunun üçün əllərindən gələni edirdilər: 

“Üstəlik, onlar məqsədli surətdə, qəsdən münaqişə yaratmağa çalışırdılar. Buna nail olmaq üçün asayişi qoruyan polisləri təxribata çəkir, onlara hansısa yolla maneçilik törətmək istəyirdilər. Əvvəldən razılaşdırılmış piket çərçivəsindən kənara çıxaraq iştirakçıların sayının 50 nəfərdən çox olmasını təmin etmək istəyirdilər. Bir sözlə dinc aksiyanı qarşıdurmaya çevirmək üçün mümkün olan hər şeyi edirdilər. Bu adamlar ilk baxışdan sanki mitinqlə piketin fərqini bilməyən adamlar idi. Zənnimcə, Bakı Şəhər İcra Hakimiyyətinin piketin keçirilməsinə razılıq verməsi də onlar üçün "imtahan" xarakteri daşıyırdı. Radikal müxalifət piket sınağından uğurla çıxa bilmədi”. 



"Aksiyanı ciddi-cəhdlə mitinqə çevirməyə cəhd göstərirdilər və bunun üçün əllərindən gələni edirdilər"


Ə.Hüseynovun sözlərinə görə, Əli Kərimlinin uğursuzluqları davam edir: 

“Əli Kərimli Lökbatan mitinqindən “2” aldığı kimi, dünənki piketdən də “qeyri-kafi” qiymət aldı. Bunlarla orta məktəb şagirdləri kimi davranması əslində tam da məntiqli addımdır. Radikal müxalifətin liderləri adicə bir piketi qanunun tələblərinə uyğun şəkildə təşkil edə bilmirlərsə, hakimiyyətin “imtahan”larından aşağı qiymət almaqda davam edəcəklər. Müxalifətin digər kəsimləri isə radikal müxalifətin yoluyla getməməkdə tamamilə haqlıdırlar”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu