Dəyənəklə döyülən ana və gənc qızı hərəkət edə bilmirlər

"Dəyənəklə döyülən ana və qızının durumunda irəliləyiş yoxdur".

Bu barədə Lent.az -a 1 saylı şəhər kliniki xəstəxanasından məlumat verilib. Xətəxananın Neyrotravmatologiya şöbəsindən bildirilib ki, Şəfiqə Mollazadə və qızı Lamiyə Mollazadənin vəziyyəti hələ də orta ağır olaraq qiymətləndirilir. Verilən məlumata görə, hər iki zərərçəkən sərbəst hərəkət edə bilmir və ancaq yataq şəraitində müalicələrini davam etdirirlər.

Qeyd edək ki, hadisə dünən Nəsimi rayonu Mirəli Qaşqay küçəsində qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü Şəfiqə Mollazadənin yaşadığı ünvana onun qaynı öz xanımı ilə qonaq gəlib. Mənzildə onların arasında mübahisə yaranıb və qayın beysbol dəyənəyi ilə əvvəlcə Ş.Mollazadəni, daha sonra 2000-ci il təvəllüdlü Lamiyə Mollazadəni döyüb. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Hadisəni törədən şəxs saxlanılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu