Bu il ədəbiyyat üzrə Nobel mükafatını kim alacaq? - Murakami sevinə bilər

Bir neçə günə ədəbiyyat üzrə Nobel mükafatının növbəti sahibi məlum olacaq. Sonuncu Nobel mükafatı laureatı ABŞ şairi Bob Dilan idi.

Maraqlıdır ki, bu dəfəki ədib kim olacaq?



Əsəd Cahangir: "Laureatın kim olacağını nəinki mən, heç kim deyə bilməz"


Ədəbi tənqidçi Əsəd Cahangir deyir ki, bu haqda konkret bir fikir söyləmək çox çətindir:

“Bu dəfəki Nobel mükafatı laureatının kim olacağını nəinki mən, heç kim deyə bilməz. Ən azından ona görə ki, xüsusilə son illərdəki nəticələr bizi təəccübləndirir. Bu mənada dəqiq proqnoz verə bilmərəm. Arzu edirəm ki, ən layiqli kimdirsə, o da Nobel mükafatına layiq görülsün.”



Qan Turalı: "Hansısa fotoqrafa verilsə yenə də təəccüblənmərəm"


“Epiloq.az” saytının baş redaktoru, yazıçı Qan Turalı isə deyir ki, Nobel mükafatının bu dəfəki sahibinin kimliyi onun üçün sürpriz olmayacaq:

“Əvvəllər Ernest Hemenquey, Qabriel Qarsia Markes, Orhan Pamuk kimi dahi yazıçılar Nobel mükafatına layiq görülürdü. Son illər bu mükafat digər peşə sahiblərinə, o cümlədən müğənnilərə verilir. Çünki həm ədəbiyyatda yeni tendensiyalar özünü göstərir, həm də bu mükafatı verən komissiya fərqli kriteriayalar tətbiq edir. Son illər Nobel mükafatını daha az tanınan insanlara verirlər. Düşünürlər ki, belədə ədəbiyyat daha da inkişaf edəcək. Məşhur yaponiyalı yazıçı Haruki Murakami illərdir ki, tənqidçilərin əsas namizədlərindən biridir. Ancaq hələ ki, bu mükafata layiq görülməyib. Bəlkə də, bu dəfə elə Murakami sevinəcək?! Lakin əgər ədəbiyyat üzrə Nobel mükafatı hansısa fotoqrafa verilsə yenə də təəccüblənmərəm".

Kənan Novruzov

Paylaş

Bizi Facebookda izləyin
menu
menu