Müsavatın qurultayı burada keçiriləcək

Müsavat Partiyasının qurultayının keçiriləcəyi məkan və tarix müəyyənləşib.

APA -nın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, qurultay oktyabrın 13-də Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Büllur” sarayında (köhnə İnqilab kinoteatrı) keçiriləcək.

A.Hacılı Bakı Şəhər İcra Hakimiyyətinin Müsavat Partiyasının qurultayının “Büllur” sarayında keçirilməsinə razılıq verdiyini bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu