"Sülh Çeşməsi" - Türkiyə Suriyada əməliyyata başladı 

Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmalarına qarşı "Sülh Çeşməsi" (“Barış Pınarı”) əməliyyatı başlamışdır.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Məqsədimiz cənub sərhədlərimizdə yaradılmağa çalışılan terror koridorunu məhv etmək və bölgəyə sülh, əmin-amanlıq gətirməkdir”, - Ərdoğan bildirib.

Qeyd edək ki, Ərdoğanın açıqlaması ilə paralel olaraq Türkiyə mətbuatı Suriyanın Rasulayn bölgəsinin vurulmasına dair xəbərlər verib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu