Avtomobillərdən oğurluq edən yeniyetmələr tutuldu

Bakıda avtomobillərdən oğurluq edən iki nəfər ifşa olunub.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-dan 21-dək olan müddətdə rayon ərazisində 7 avtomobildən pul, sənəd və maqnitofon oğurlamaqda şübhəli bilinən Qala qəsəbə sakinləri olan 2 yeniyetmə saxlanılıblar.

Faktla bağlı araşdırma davam etdirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu