Ərəb Əmirliyi də Türkiyəni qınadı

Suriyadakı başlatdığı əməliyyata görə Türkiyəni qınayır, suverenliyin açıq və qəbuledilməz şəkildə pozulduğunu bəyan edirik.

Axar.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bəyanatında deyilib.

“Türkiyənin hücumunu şiddətlə qınayırıq. Bunu ərəb ölkəsinin daxil işlərinə müdaxilə kimi qiymətləndiririk”, - deyə bildirilib.

Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında təhlükəsizlik bölgəsi yaratmaq üçün PKK/YPG və İŞİD terror qruplaşmalarına qarşı "Sülh çeşməsi" (“Barış Pınarı”) əməliyyatına başlayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu