Öyrətmə nə?

Cəsarət Əliyev

Öyüd və toplum güvənliyi


(VI yazı)

Öyüd modelinin işlənib hazırlanması və praktikadan keçirilməsi toplumda çox böyük bir kapitala yiyə durmaq deməkdir. Çin uğuruun getdikcə artan olması elə bunun nəticəsi deyilki?! Bizdə bütün dövrlərdə məktəblər olub. Son dövrlərdə, Üzeyir bəyin musiqi məktəbi gör nə qədər ünlü bəstəkarın yetişdirilməsinə və gözəl musiqi əsərlərinin yaradılmasına gətirdi.

Alman fiziki Mössbauer (soyad əslində olduğu kimi yazılıb)  Nobel ödülü aldıqdan sonra Amerika Birləşmiş Ştatlarında işləmək üçün çağırış alır. Beş ildən sonra Almaniyaya dönən Mössbauer ölkə prezidenti ilə görüşüb onu inandırır ki, Almaniyada öyüd sistemini Amerikadakı kimi qurmaq gərəkdir. İndi isə Avropa üzünü Çinə çevirib. Öyüd modelinin işlənib hazırlanması və praktikadan keçirilməsi toplumda çox böyük bir kapitala yiyə durmaq deməkdir. Çin uğuruun getdikcə artan olması elə bunun nəticəsi deyilki?! Bizdə bütün dövrlərdə məktəblər olub. Son dövrlərdə, Üzeyir bəyin musiqi məktəbi gör nə qədər ünlü bəstəkarın yetişdirilməsinə, gözəl musiqi əsərlərinin yaranmasına gətirdi. Bir çox sahələrə aidatda belə misallar çəkmək olar. Ancaq onların öyrənilərək öyüd modeli kimi oturuşdurulduğunu söyləmək olmaz. Bizcə bu yöndə araşdırılmalar aparılsa yaxşı olar. O vaxta kimi isə, populyar olandan çox, özünü doğrultmuş modellərdən yararlanmaq yaxşı olar. 

Öyüd el güvənliyinin kökündə duran bir strateji nəsnədir. Keçmiş öyrədir axı, ona görə bir-iki olayı yada salaq. Stalin yaxşı başa düşürdü ki, otuzuncu illərdə qardaşından, oğlundan iş verənlərlə düşmənin – faşistlərin qarşısına çıxmaq olmaz, ona görə o, fərqli baxışlına görə həpsə atılmış Jukovu, Rokossovskini həpsdən azad etdirib döyüşə kişilərlə getmək olar dedi və onları ordu başına gətirdi. 1945-ci ildə Qızıl meydanda qələbə paradını keçirməyi Jukova tapşırmaqla, savaşı sən uddun dedi. İkinci dünya savaşında qələbə bir kadr kimi hamının yaddaşında Qızıl meydanda şahə qalxmış ağ at belindəki Jukovla assosasiya olundu (şəxsiyyət fenomeni). Demə bənzər olay 1812-ci il Napoleonun Rusiyaya yürüşü vaxtı da baş veribmiş. Rus çarının üz tutduğu ətradı, nə etməli sualına – Napoleona qarşı Kutuzov dayana bilər, deyə cavab verib. Kutuzovsa o vaxt həpsdə imiş. Çar onu buraxdırır və ordu başına gətirir. Son bəllidir (yenə də şəxsiyyət fenomeni). 

Hərbçi Jukov, Rokossovski və başqaları beş ilə savaşla düşmənin kürəyini yerə vurub ölkə güvənliyini qorumuşdular. Bəs sonra? Axı ikinci dünya savaşı bitər-bitməz ABŞ və qalan günbatan ölkələri SSRİ-yə qarşı hər an silahlı savaşa çevrilə biləcək soyuq savaş açdıqlarını bildirdilər. 
1945-də Stalinə yeni silaha – atom bombasına yiyə durduqları haqqında (silahın Yaponiyada işlədilməsindən öncə) sözatan Trumen ağlına belə gətirmirdi ki, tezliklə Stalinin o vaxt qulaqardına vurduğu bu atmaca SSRİ-də bu yöndə aparılan işlərə daha da təkan verəcək. Verdi də. Doğrudur, o vaxt bu işdə sovet elmi və alimlərindən çox kommunist ideologiyasına sədaqətli olan iki amerikalı daha çox rol oynadı, amma göz önünə gətirin ki, o vaxt hazır proyektlər əsasında nüvə silahını yarada bilən insanlar olmasaydı nə baş verərdi. Kurçatov bu işin öhdəsindən gəldi. Elə o vaxt Korolyov, alman proyektləri əsasında, nüvə silahı daşıya biləcək uzaq mənzilli raketlərin yaradılmasına başçılıq etdi. Hər ikisi, Kurçatov da, Korolyov da o vaxt repressiya altında idilər (yenə də şəxsiyyət fenomeni). Hə, nüvə başlıqlı raketlərin yaradılması öncə uzun illər boyu SSRİ-yə qarşı, indi isə Rusiyaya qarşı silahlı hücumun qarşısını aldı və alır. Kurçatov və Korolyov yüz illərlə sürəsi ölkə güvənliyinin əsasını qoydular. Eləcə də, ABŞ böyük yatırımlar hesabına dünyanın hər yerindən düşünən beyinləri öz ölkəsinə çəkərək ölkə güvənliyini təmin etdi. Öyüd hər anlamda ölkə güvənliyinin əsasında duran törəmə kapitaldır.  Öyüdə qoyulan yatırım heç vaxt itməz.  

Doğrudur, bir yandan sovet sisteminin dağılması, digər yandan erməni basqısı ilə Azərbaycan kəndinin çökməsi öyüdə böyük təpgi oldu, ancaq öyüdün gəlişməsində ən böyük badalaq öz içimizdədir.  Orta oxuda, yüksək oxuda dərs keçilməməsi, öyrətmə vəzifə borcu olduğu halda bunun edilməməsi gələcək nəsillərin deqradasiyası, başqa sözlə, gen fondunun yavaş-yavaş dağıdılması deyilmi? Və artıq o dərəcədə ki ... . Bir öyrədənəin, öz nəvəsinin dərs hazırlığını vaxtilə pul alıb qiymət yazdığı kəsə tapşırdığını gördüm. Son aydındır: nə tökərsən aşına, ... . Bu, bütövlükdə topluma aiddir. 
Öz öyüd modelini ortaya qoymaqla hazırlıq kursları yaradılması, başqa sözlə pullu öyrətmə, öyüdün bir biznes sahəsinə çevrilməsində böyük rol oynayır. Elə bu da, az maaş verən icbari orta məktəblə yüksək maaşlı kursların varlığı öyrədənlərdə öz işinin dəyərləndirilməsinə fərqli baxış yaradır. “Boşqab”sa valideynlərin və öyrənənlərin başında çatlayır. Orta məktəblər qanunu yan keçməklə özlərini biznes struktulara tən tutmağa çalışırlar. Təbii olaraq, dərs keçməyən orta məktəblərin kimə gərək olması məsələsi qalxır.

Bir başqa nəsnə də var ki, onu bu olaydan ayırmaq olmaz. Ölkədə aparılan islahatları heçə endirmək, artan əmək haqlarını sıfırlamaq üçün qiymətləri birə-beş qaldırmaqla öz xalqına qarşı iqtisadi terror yapanları hansı kateqoriyaya aid edək? Gen fondunu qıranlarla öz xalqına qarşı iqtisadi terror yapanlar eyni bir sırada – el düşməni – deyillər ki? Hansı aparıcıdır? Deyirsiniz, iqtisadı repressiyalara tuş gəlmiş öyrədən şərəf-ləyaqəti üstün tutub düz işləyəcək? Axı işləməkçün öyrədənin özü və ailəsinin enerji qaynağı gərəkdir! Bəlkə, biliksiz öyrənən əyri yolla zirvəyə qalxaraq öz xalqına qarşı iqtisadi repressiyaya getməyəcək? Əks əlaqəlidir: öyrətməmənin nəticəsi özünə qarşı iqtisadi terror edənlərin yetişdirilməsinə, iqtisadı terrorsa özünə, övladına, bütün topluma müəllim adı adı altında nadanlığı sırıyanların yaranmasına nədəndir. İndi deyin, kimdi el düşməni, təkcə dışdan basqı yapan düşmənlər? 
Nə bilərəkdən öyrətməməni, nə də öz xalqına qarşı iqtisadi terroru el düşməni işi səviyyəsinə qaldıraraq – baxmayaraq ki bu belədir – cəza bəlirlənməsi, bu azmış kimi savaş durumunda olan ölkədə hərbi səhra məhkəməsinin qərarı ilə el düşməninə layiqli cəza verilməsi heç də böyük uğura gətirməz. Ondan yana ki, cinayətkar(lar)ın çixdaş edilməsi ilə, əgər kəs özü problem deyilsə, cinayətin də aradan qalxdığını görən olmayıb. Cinayəti yox etmək üçün onun bazasını, törədən nədənini aradan qaldırmaq gərəkdir. Öyüddə bu, birbaşa əməkhaqqı və dolayısı ilə əxlaqla bağlıdır. İqtisadi terrorda isə - yarıtmaz öyüddən yana yırtıcı, nadan bir nəslin yetişməsi və birbaşa əxlaqla bağlıdır. Kəs vətəndaş olsaydı, hər iki halda, yox, mən öz xalqıma qarşı bu alçaqlığı edə bilmərəm, deyərdi. (Gənclər üçün: Əks əlaqənin olması, ümumiyyətlə, systemin dayanıqlılığı üçün başlıca şərtdir. Göstərin ki, yuxarıdakı halda, belə əks-əlaqəli sistem dayanıqsızdır. Cinayət əks-əlaqəsi olan sistemdə deqradasiya faktorunu önə çəkin. Elə buradanda problemin həlli yolu: hə, necə?) 
Vəzifə borcu işin təşkili, yerinə yetirilməsi olanların da “susqunluğu” baş verənlərin getdikcə şiddətlənməsində az rol oynamır. Gərək yalnız yuxarıdan göstəriş olsun ki, işə başlanılsın? TN sonuncu dəfə nə vaxt orta oxuda fənnin mənimsənilməsilə bağlı monitorinq aparıb? TN-də xəbəri olan varmı ki, uzun illərdi (bizə bəlli) nəzəri astrofizika fənlərinin öyrədilməsi heç öz işinin öhdəsindən gələ bilməyən eksperimentatorlara, ya da heç kvalifikasiyası olmayan korrupsiya ortaqlarına tapşırılır? TN-də bilirlərmi ki, küçədən tutulub fırıldaq yoluyla akademik edilmiş bəzi kəslər diplomçuya rəhbər seçilir ki, adına yazılan mənimsəniləcək pul çox olsun? Hansı ki qoyulan diplom mövzusundan “akademikin” heç xəbəri də olmur? Bilirlərmi ki, belə işin arxasında (çox “şərəfli”) kafedra müdirləri, (çox “ləyaqətli”) dekanlar, (onlardan da “şərəfli”) rektorlar dayanır və onları bir-birinə qız uşaqlarının cibindən soyğunçuluqla çıxardıqları “qəpik” bağlayır?  Bizim toplumda olaylara operativ reaksiya verən iki qurum varsa, biri TN, o biri də DİM-dir. Sözdə həmişə işləyənə deyilib. Düşünürük ki, TN sadalanan problemlərə də diqqətlə yanaşacaq. DİM-lik problemlər də az deyil. Amma TN-lə DİM-i qarşı-qarşıya qoymaq yox, onların birgə işinin baş tutmasına çalışmaq gərəkdir. Nə qədər ki, test imtahan sualları ilə məktəb proqramı arasında birqiymətli uyğunluq yoxdur, öyrənənlər dərsə gəlməmək üçün “orta məktəbə pul verib” repetitor yanına qaçacaqlar. Aydındır ki, bu, problemlərin hamısı deyil. Ona görə, yaxşı olar ki, problemləri çözmək üçün TN-lə DİM formallıqdan uzaq dəyirmi masalar təşkil etsin. Akademiyanı da bu işdən kənarda qoymaq olmaz. Öz maqistraturasını açmaqla AMEA - da öyüdə başlayıb, amma bu işin oturuşması üçün uzun illər gərəkdir. Hələ də bilməyənlər var ki, istər orta, istərsə də ali oxuda oturuşmuş fundamental biliklər verilir ki, öyrənənin aşılanmayan baza bilikləri olsun. Oturuşmamış və ya perspektivli bilinən yeni sahədə isə kimlərisə maraqlandırmaq üçün sərbəst mühazirələr söyləmək heç kimə qadağa deyil.  Bəs bizdə nə baş verir? Nəinki bizdə, heç dünyada astronomiya və astrofizikaya aid elə bir dərslik tapa bilməzsiniz ki, orada, məsələn, Günəş sisteminin ekoloji tör-töküntüsünə (artıq belə terminalogiya var, yaranışda atılan qaz-toz, kometlər və kənar buludlar da bunların iərisində) bir kurs kimi yer verilsin, yaxud oturuşmamış Günəş – Yer əlaqələri bir kurs kimi keçilsin. Bəlkə kimlərin nə keçdiklərindən də danışaq? Bəli də, belə nəsnələr bizim akademiyada olar. 

Gəlib çıxdıq ona ki, öyrətmədəki pozğunluq gen fondunun deqradasiyasına və nadan nəsl yetişməsinə gətirir, nadan nəslsə öz xalqına qarşı iqtisadi terror törədir. Və əksinə, iqtisadi terror nadan öyrədənlər nəslinin yaranmasına gətirir və bu, beləcə davam edir. Nədir, həlqə qapandı və çıxış yolu yoxdur? Birinci, toplumu uçuruma aparan öyüd sisteminə qarşı dövlət siyasəti dəyişməlidir ki, bu da çox problemləri öz içərisinə alır. İkinci, ilk olaraq, ya dövlətin orta və yüksək oxu məktəblərinin statusu dəyişdirilərək pullu strukturlara çevrilməli (onsuz da, faktiki olaraq pulludur, amma bu, iqtisadi imkansızlar üçün yeni bir repressiya olardı), ya da dövlət və özəl öyüd strukturları arasındakı əmək haqqı fərqi aradan qaldırılmalıdır. Əlbəttə ki, öncə kvalifikasiya problemi həll olunmalıdır. Daha o şəkildə yox ki yüksək bal toplayan müəllimin yanlış öyrətdiyini, hətta valideyin də görsün. (Valideyinlərə öyrədəni seçmək haqqı verilsə yaxşı olar. Səs toplamyan öyrədən işsiz qala bilər ki, bu da onun öz işinə münasibətini dəyişər.) Təkcə genfondu qırğını və iqtisadi terror əks əlaqəli sistem təşkil etmir, cinayəti törədən nədənin aradan qaldırılması ilə cinayətkara qarşı işin qurulması da əks əlaqəlidir. Bu haqda el sözü var: haqq var, divan yoxdur. Ona görə bu iki iş paralel getməlidir. Əgər əmək haqları çox qaldırılsa belə, ilk dövrlər nəfiskiri heç nə dayandıra bilməz. Ləyaqət yerində deyil axı. Ona görə, bilərəkdən öyüdu pozma və öz xalqına qarşı iqtisadi terrora görə ağır cəza verilməlidir. Yalnız bu vaxt toplumda oturuşma baş verənə kimi nəsə əldə etmək olar.

Bu yazıda çalışdıq ki, akademizmdən qaçaq və üzləşdiklərimiz, gördüklərimiz, eşitdiklərimiz içərisində öyüdlə bağlı bizi düşündürən bəzi məsələlərə toxunaq. Əgər mən danışılanlardan nəticə kimi  “Öyüd nə?” sorğusuna cavab seçimi qarşısında qalsaydım, onda “öyüd toplum güvənliyinin kökündə duran bir kapitaldır” fikrini seçərdim.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu