Goranboyda qadını ata bağlayıb sürüdülər? - (YENİLƏNİB)

Goranboyda qadının ata bağlanıb süründürülməsi xəbəri həqiqətlərə uyğun deyil.

Bu barədə Lent.az -a DİN Gəncə Regional Qrupunun baş inspektoru polis baş leytnantı Eşqin Qasımov məlumat verib:

"Bəzi Kütləvi İnformasiya Vasitələrində Goranboy rayonu Xanqərvənd kənd sakini Sahilə Ələkbərovanın aralarındakı mübahisədən sonra qonşusu tərəfindən ata bağlanaraq süründürülməsi barədə məlumatlar paylaşılıb. Bildiririk ki, həmin məlumatlar həqiqəti əks etdirmir. Sahilə Ələkbərova və kənd sakinləri ifadə verərkən bu faktı təsdiqləməyib. Qarşı tərəf də polis şöbəsinə dəvət olunub və izahatlar alınır. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir".

11:45

Goranboy rayonunda qonşular arasında dava olub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Xanqərvənd kəndində qeydə alınıb. 

Kənd sakini, 1984-cü il təvəllüdlü Ələkbərova Sahilə Məzahir qızının qonşularla arasında yaranan mübahisə davaya çevrilib. Belə ki, qəzəbli qonşular onu döydükdən sonra ata bağlayıb sürüyüb. 

Ağır bədən xəsarətləri alan qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb.

Goranboy Rayonu Mərkəzi Xəstəxanasından verilən məlumata görə, S.Ələkbərovanın vəziyyəti ağırdır.  Fakt araşdırılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu