Tünzalə Ağayeva: "Qız nədi, oxumaq nədir, işləmək nədir"

Əməkdar artist Tünzalə Ağayeva bir neçə gün əvvəl küçədə əri tərəfindən 20 bıçaq zərbəsi ilə öldürülən Leyla Abdullayeva adlı qadın barədə danışıb. Lent.az -ın məlumatına görə, müğənni bu barədə sosial şəbəkədə status yazıb:

"XocalıSoyqırımı dərdini daşımaq az deyil bizə? Hər gün qadın-anasoyqırımı baş verir. Belə "kişi"nin gücü erməni işğalçısına yox, qadına çatır. Nədir dünyaya gələn qızların günahı? 21-ci əsrdə hələ də ailələrdəki"Qız nədi, oxumaq nədir, işləmək nədir"düşüncələrcəmiyyəti məhv etməkdədir. Bu gün baxın, çox saydaqadın-qızlarımız öz hüquqları haqda ya tamamən məlumatsızdılar, ya da qorxurlar ata, ailə, cəmiyyət qınağından. Yaşadıqları sadəcə budur. Hələ də həyatı, sağlamlığı, övladı təhlükə altında olan qadınlarımız var. Demək ki, bizi sosial layihələr, proqramlar, televiziya, mətbuat, sosial media daha çox maarifləndirməlidir. Dəyərli ziyalılar, marifli insanlar, sənət insanları, media nümayəndələri, dostlar, gələcəyini düşünənlər -susmayaq. Növbəti faciəyə, cəhalətə imkan verməyək”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu