Gürcüstanda silahlı insident: Çayxanada atışdılar

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Rustaveli küçəsində fəaliyyət göstərən çayxanalardan birində atışma olub.

Bu barədə APA -ya yerli sakinlər məlumat verib. Sakinlərin bildirdiyinə görə, hadisə bu gün saat 13:00-da qeydə alınıb. Çayxanadakı gənclər arasında mübahisə yaranıb və onlardan biri digərinə odlu silahdan 3 dəfə atəş açıb. Güllələrdən yalnız biri hədəfə dəyib. Güllə yarası alan şəxs xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu