Nikol qorxusundan Ankara əleyhinə danışır: Paşinyan Türkiyənin güclənməsini arzulamır

“Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyə əleyhinə səsləndirdiyi bəyanatlar tamamilə əsassızdır”. Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib. 

Siyasi şərhçi bildirib ki, Türkiyənin yeni başlatdığı Suriya əməliyyatı ən az Türkiyə qədər Azərbaycanın da maraqlarına xidmət edir: 

“Rəsmi Ankara heç bir milli azlığın hüququna toxunmur. Burada söhbət konkret terrorçu ünsürlərlə mübarizədən gedir. Məsələ ondadır ki, Suriyadakı hərbi əməliyyat uğurla başa vurulduğu təqdirdə, Türkiyə regiondakı ən güclü söz sahibləri sırasına daxil olacaq. Yəni, əməliyyatdan sonra Türkiyəni regional güc hesab etmək olar. Qardaş ölkənin bölgədə güclü olması isə ilk növbədə Dağlıq Qarabağ probleminin taleyində güclü təsirə malik olacaq. Ermənistan baş nazirinin narahatlığının kökündə bu məqam durur”.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Türkiyənin Suriyada başlatdığı “Sülh çeşməsi” əməliyyatına qarşı təcili toplantı keçirib və Ankara hökumətinin əleyhinə bəyanatlar səsləndirib.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu