Pakistandan Türkiyəyə dəstək: "Ən qısa zamanda..."

Türkiyənin bölgədəki qanuni təhlükəsizlik qayğılarını anlayırıq. Türkiyə də Pakistan kimi terror qurbanı olmuş ölkələrdən biridir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Suriyanın şimal-şərqində başlatdığı “Sülh çeşməsi” əməliyyatı barədə danışan Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Faysal deyib.

“3.5 milyondan artıq suriyalı qaçqına nəzakətlə ev sahibliyi edən Türkiyənin humanitar səylərini təbrik edirik. Pakistan Suriyanın ərazi bütövlüyünün qorunmasına və ən qısa zamanda bölgə ölkələrinin bir araya gələrək problemin siyasi yollarla həllinə dair ümidini qoruyur”, - Faysal bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu