Göygöldə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Göygöl rayonunda piyadanı maşın vurub.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "BMW" markalı 99 FL 264  dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən yaşlı kişini vurub. Yaralı sürücü tərəfindən xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu