Tovuzda həkimin idarə etdiyi maşın aşdı, iki nəfər xəstəxanalıq oldu

Tovuz rayonunda sürücü Vidadi Hüseynovun idarə etdiyi “Mercedes C Klass” markalı avtomobil hərəkətdə olan zaman aşıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Xatınlı kəndində baş verib. İlkin məlumatlara görə, qəza nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Tovuz sakini olan Vidadi Hüseynov ixtisasca həkimdir. 

Qəzaya yüksək sürətin səbəb olduğu deyilir. Faktla Bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu