Tovuzda iki polis əməkdaşını bıçaqlayan şəxs özünə də xəsarət yetirib

Tovuz rayonunda baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.

Bölgə müxbirinin verdiyi xəbərə görə, əvvələr məhkum olunan rayon sakini, narkotik vasitə aludəçisi 1985-ci il təvəllüdlü T.Tağıyev polis şöbəsinə aparılan zaman bıçaqla polislərə xəsarət yetirib. Daha sonra isə özünü bıçaqlayıb.

Xəsarət alan polis əməkdaşları Toğrul Əsgərova, Məmmədəli Əsgərliyə və hadisəni törədən T.Tağıyevə xəstəxanada tibbi yardım göstərilib.

T.Tağıyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu