"Fərqi nədir sualı kim verir?" - "Dadaşlinski"yə dəstək gəldi

İctimai Tv-in efirində yayımlanan 3D formatlı verilişi tamaşaçılar böyük maraqla qarşılayırlar. Proqramın qrafika ilə düzəldilən aparıcısı "Dadaş Dadaşlinski" özünün maraqlı sualları ilə fərqlənir.

Buna baxmayaraq bir çox məşhurlar studiyanın qonağı olsalar da, "Dadaş Dadaşlinski"ni “kukla” adlandıraraq onun suallarına cavab verməkdən imtina ediblər. Məsələn millət vəkili Fəzail Ağamalı efirə kimi gedib, sualların "Dadaşlinski" tərəfindən veriləcəyini biləndə, imtina edib. Həmçinin başqa bir deputat Ağacan Abıyev verilişə reaksiyasında "mənim "kukla" ilə oynamağa vaxtım yoxdur" deyə etiraz edib. 

Lakin bununla yanaşı bir neçə deputat, Aqil Abbas, Hadı Rəcəbli və s. verilişə qatılıblar, suallara cavab veriblər. 

Əməkdar jurnalist Azər Həsrət Sherg.az-a deyib ki, proqramın hər buraxılışını izləyib:

“Fikrimcə 3D formatlı veriliş yaxşı təşəbbüsdür. Hər halda texnologiya inkişaf edirsə, onun imkanlarından da yararlanmaq lazımdır. 3D formatlı bu verilişi həm texnoloji yeniliklərdən istifadə etdiyinə, həm də verilən sualların əhəmiyyətinə görə müsbət qiymətləndirirəm. Doğrudur, bəziləri “mən robota cavab vermərəm” deyərək verilişə çıxmaqdan imtina edib. Buna görə heç kimi qınamaq olmaz. Hər kəsin öz hüquq və azadlıqları var. Lakin, məncə, arqument düzgün deyil. Fərqi nədir ki, sualı kim verir-robot, yoxsa onu idarə edən insan? Əsas odur ki, konkret və səlis suallar səsləndirilir. Səlis sual isə səlis cavab tələb edir. O baxımdan hesab edirəm ki, yenilikdən istifadə etmək lazımdır". 

Kənan Novruzov

Paylaş

Bizi Facebookda izləyin
menu
menu