İslahatlar effektlidir: Dünya reytinqində 11 pillə irəliləməyimiz düzgün sosial siyasətin nəticəsidir

“Azərbaycanda aparılan geniş islahatlar öz effektivliyini göstərir”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. 

Parlament üzvü bildirib ki, Ümumdünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik əmsalına görə, açıqlanan göstəricilər ölkələrin iqtisadiyyatlarının və sosial həyatlarının güzgüsüdür: 

“Bu hesabat dünyanın 141 ölkəsi arasında aparılır və hesabatda inkişaf tempi yüksək ölkələr önə çıxırlar. Bu ilin hesabatında Azərbaycanın 77,4 bal yığması 141 ölkə arsında ölkəmizin iqtisadiyyatının davamlılığını göstərir. Keçən illə müqayisədə Azərbaycan 11 pillə irəliləyərək 58-ci yerdə qərarlaşıb. Hesabatda son illərin göstəricilərinə diqqət yetirsək, görərik ki, Azərbaycanın mövqeləri hər il möhkəmlənir. Bu, onu deməyə imkan verir ki, ölkəmizdə aparılan geniş islahatlar öz effektivliyini göstərir. Ölkədə düzgün sosial-iqtisadi siyasət həyata keçirilir. Yəni, hesabat ölkənin iqtisadi və sosial sahəni əhatə etdiyindən rəqbətlilik hesabatında mövqelərimizin möhkəmlənməsi əslində biznes fəaliyyətinin yaxşılaşması, sosial mühitin müasirləşməsi deməkdir”. 



Deputat: "Dünya iqtisadiyyatında baş verən dəyişikliklər ölkəmizdə vaxtında analiz olunur və tədbirlər görülür"


Deputatın sözlərinə görə, hesabatda inflyasiya və borc dinamikası əsasında hesablanan indikator üzrə irəliləyən yeganə ölkənin Azərbaycan olması onu deməyə imkan verir ki, Azərbaycanda pul-kredit siyasəti düzgün aparılır: 

“Dünya iqtisadiyyatında baş verən dəyişikliklər ölkəmizdə vaxtında analiz olunur və tədbirlər görülür. Azərbaycan xarici dövlət borcunun səviyyəsinə görə, dünyanın ən qabaqcıl ölkələri arasında yer tutur. Yəni, ölkəmizin xarici dövlət borcunun ÜDM-in 18 faizini təşkil etməsini çox yaxşı göstərici hesab etmək olar. Ümumiyyətlə, rəqabətlilik hesabatında mövqelərimizin möhkəmlənməsi beynəlxalq səviyyədə ölkəmizin cəlb ediciliyini artırır və iqtisadiyyatımızın inkişafına öz töhfəsini verir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu