Ciddi fakt var: Türkiyə bunu əsas gətirərək terrorçulara qarşı savaş başladıb

“Suriyada hərbi əməliyyat başlatdığına görə Qərb dünyasının, ərəb ölkələrinin və İranın Türkiyənin üzərinə getməsi heç də təəccüblü deyildi”. 

Bunu Sherg.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. 

Analitik bildirib ki, qardaş ölkə hərbi əməliyyatları ilə Qərbin müəyyən etdiyi və sadəcə onların maraqlarına xidmət edən dünya düzənini pozur: 

“Ankara hökuməti türk-islam dünyasının sahibsiz olmadığını hamıya göstərir. Bugün türk ordusunun əməliyyatına qarşı çıxan müsəlman ölkələri Qərb dövlətlərinin müstəmləkəsidir. Onlar müstəqil hərəkət etmək iqtidarında deyillər. Buna baxmayaraq, Türkiyənin haqlı əməliyyatına ABŞ, Rusiya və Böyük Britaniya dəstək verdiklərini açıqladı. Vaşinqton və Moskva BMT-nin Ankara hökumətinə qarşı qərarına veto qoydular. Məsələ ondadır ki, ortada ciddi fakt var və Türkiyə bu faktları əsas gətirərək PKK və YPG terrorçularına qarşı savaş başladıb. Ona görə də heç bir ölkə türklərin qarşısına çıxa bilmir və zamanla Ankaranın qətiyyətli mövqeyi ilə barışmağa məcbur olurlar”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu