Prezidentin tutarlı arqumentləri: İlham Əliyev Paşinyanı növbəti dəfə susdurdu

“Buna susdurmaq da yox, məhz ağzının üstündən vurmaq deyirlər. Söhbət Nikol Paşinyanın Azərbaycan Prezidentinin Aşqabadda MDB Dövlət Başçıları Şurasının toplantısında çıxışı zamanı guya erməni xalqını təhqir və oradakı dövlət başçılarına isə hörmətsizlik etməsinə cənab İlham Əliyevin verdiyi cavabdan gedir”. 

Sherg.az bildirir ki, bu sözləri millət vəkili Sahib Alıyev Prezident İlham Əliyevin Aşqabadda keçirilən MDB sammitindəki çıxışından danışarkən deyib. 

Xatırladaq ki, Paşinyan dövlət başçımızın Qaregin Njdeyə Ermənistanın keçmiş hakimiyyətinin heykəl qoymasını nasizmin qəhrəmanlıqlaşdırılması kimi qiymətləndirməsini erməni xalqına təhqir və MDB ölklərinin oradakı liderlərinə isə hörmətsizlik olduğunu bildirmişdi.



Deputat: “Buna susdurmaq da yox, məhz ağzının üstündən vurmaq deyirlər”


Deputat Paşinyanın növbəti sərsəmləməsinə Prezidentimizin cavabının laiqli olduğunu vurğulayıb. 

Qeyd edək ki, Prezident İlham Əliyev Paşinyanın sərsəmləməsinə belə cavab verib: "Mən, sadəcə, şərh verməyə məcburam. Belə ki, Ermənistanın baş nazirinin çıxışında söhbət məndən gedib. Halbuki mənim çıxışımda söhbət Ermənistanın baş nazirindən, xüsusən də erməni xalqından getməyib. Hesab edirəm ki, Sovet İttifaqının digər xalqları kimi, bizim ümumi qələbəmizə böyük töhfə verən erməni xalqı, ilk növbədə, özü əvvəlki rəhbərliyin ölkəyə vurduğu bu ləkədən təmizlənməlidir. Əgər baş nazir mənim çıxışıma diqqətlə qulaq asıbsa, onda yəqin ki, o da bunu tutub. Həmçinin hesab edirəm ki, nasist əlaltıları və cinayətkarları ilə QULAQ-ın və digər düşərgələrin repressiyaya məruz qalmış dustaqlarını müqayisə etmək qətiyyən yolverilməzdir. Mən öz çıxışımı təsadüfən sitatlarla möhkəmləndirmədim. Onları kitabxanada, internetdə tapmaq olar. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin 2019-cu ilin may sitatında və Rusiyanın Müdafiə naziri Şoyqunun redaksiyası altında 12 cildlik nəşrin sitatında kifayət qədər aydın deyilir ki, o, necə bir “xadim” olub. Həmçinin nə qədər iyrənc olsa da, onun sitatını mən bir daha təkrar edəcəyəm: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu, Böyük Vətən müharibəsi illərində deyilib. Buna görə də hesab edirəm ki, özünü demokratik seçilmiş təqdim edən yeni hakimiyyət, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir. Mənim dövlət başçılarına hörmətsizlik göstərdiyimə gəlincə, düşünürəm ki, bizim iclasımız, yəqin ki, bundan daha absurd tezis eşitməyib. Sağ olun."

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu