Qəzaya uğrayan təyyarədə iki rus da olub - Səfirlik

Ötən gün Konqo Demokratik Respublikasında (KDR) qəzaya uğrayan təyyarədə iki rusiyalı olub.

Axar.az xəbər verir ki, bu barədə məlumat Rusiyanın bu ölkədəki səfirliyinin rəsmi Feysbuk səhifəsində qeyd edilib.

Konqonun Qomo şəhərindən paytaxt Kinşasaya uçan zaman qəzaya uğrayan An-72 təyyarəsində olan 8 nəfərdən ikisi - Vladimir Sadovniçi və Vitali Şumkov Rusiya vətəndaşıdır.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirildiyi bildirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu