Moskvanın mərkəzində silahlı insident olub



Moskvanın mərkəzində atışma nəticəsində bir nəfər yaralanıb.

APA “Moskva” agentliyinəistinadla xəbər verir ki, hadisə şəhərin Bolşaya Ordınka küçəsindəki kafenin yaxınlığında baş verib.

İlkin məlumatlara görə, kişilər arasında mübahisə zəminində odlu silahdan istifadə edilib. Tərəflərdən biri travmatik tapançadan qarşı tərəfin başına atəş açıb.

Yaralı dərhal xəstəxanaya aparılıb. Silahdan atəş açan şəxs isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu