Ərdoğan Boris Consonla “Sülh çeşməsi”ni müzakirə edib



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş Naziri Boris Conson arasında telefon danışığı olub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, telefon söhbətində Türkiyə Prezidenti “Sülh çeşməsi” əməliyyatının məqsədləri barədə Britaniya Baş Nazirinə məlumat verib. Prezident Ərdoğan Suriyanın şimalındakı PKK-YPG təhdidinin tam aradan qaldırılmasına qədər əməliyyatların davam etdiriləcəyini, doğma torpaqlarını tərk etmək məcburiyyətində qalan suriyalıların könüllü və təhlükəsiz şəkildə geri qayıtmalarının təmin olunacağını vurğulayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu