Umayra Tağıyeva: "Sabah səhərdən külək mülayimləşəcək"



Sabah səhər saatlarından başlayaraq, ölkə ərazisində əsən güclü küləyin mülayimləşməsi, yağışın kəsilməsi gözlənilir.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, oktyabrın 12-də saat 21.00-a olan məlumata əsasən ölkə ərazisində qeyri- sabit güclü küləkli hava şəraiti davam edib. Şimal-qərb küləyi Qum adası, Tərtərdə 25 m/s, Neftcala, Ələtdə. 24 m/s, Neft Daşlarında 23 m/s, Bakı, Naftalan, Nabranda 20m/s, Sumqayıtda 19m/s, Ağstafada 18 m//s, Salyan, Şəkidə 16 m/- dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.Bakı, Naxçıvan, Astara, Daşkəsən, Göygöl, Şamaxı, Mərəzə, Altıağac, Xaltan, Xınalıq, Quba, Qusar, Şahdağ, Sarıbaş, Kişçay, Qırız, Ağdam, Tərtər, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Ağsu, Yevlaxda yağış yağıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu