Bakıda Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib



Bakıda Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib

APA-nın məlumatına görə, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Türk Şurasının Baş katibi Bağdad Amriyev, Türkiyə Parlamentinin üzvü Ahmet Böyükgümüş, ICYF prezidenti Ayxan Taha iştirak edib.

Türk Şurasının Baş katibi Bağdad Amriyev deyib ki, Bakıda gənclərin beynəlxalq əməkdaşlığı istiqamətində yeni ənənənin təməli qoyulur: “Bu tarixi hadisə həm də ölkələr arasında mövcud olan əməkdaşlığa yeni səhifə açır. Azərbaycan təşəbbüslə çıxış edərək Baş Assambleyanın Bakıda keçirilməsini təklif etmişdi. Baş Assambleyada Türk Şurası Gənclər Platformasının idarə heyəti, sədr və sədr müavinlərinin seçilməsi, o cümlədən növbəti illər üçün fəaliyyət planının və Zirvə Görüşünə təqdim etmək üçün gənclərin tövsiyələrinin hazırlanması da nəzərdə tutulur".

Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, türkdilli ölkələri birləşdirən bir çox dəyərlər var:  “Çünki bizim ümumi mədəniyyət və tariximiz var. Dünyada baş verən hadisələr onu göstərir ki, bu gün yeni mərhələ başlayır və hadisələrin gedişatı bizdən daha tez inteqrasiya olmağı tələb edir".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu