Rusiyada yaşayan azərbaycanlılar Türkiyənin haqq işini dəstəkləyir - VİDEO

Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan azərbaycanlılar Türkiyə ordusunun Suriyada reallaşdırdığı "Sülh çeşməsi" əməliyyatlarına dəstəklərini nümayiş etdiriblər.

Milli azadlıq hərəkatının  liderlərindən olan Səyavuş Mustafayevin təşkilatçılığı ilə azərbaycanlılar Türkiyə Prezidentinə, Türkiyənin silahlı qüvvələrinə   və ümümilikdə türk xalqına müraciət edərək onların haqq işlərinin yanında olduqlarını bəyan ediblər. Bəyanatda bildirilir ki, Türkiyənin başlatdığı hərbi əməlliyatlar beynəlxalq hüquq normalarına uyğundur və Türkiyə sərhədlərindəki terrorçu yuvalarını təmizləməkdə tam haqlıdır. O da vurğulanıb ki, Rusiyada yaşayan azərbaycanlılar türk mehmetçikləri ilə qol- qola,  eyni səngərdə düşmənə qarşı savaşmağa hazırdılar.

Turan

 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu