Bu gün Əhməd Cavadın  güllələndiyi gündür 


Bu gün şair-tərcüməçi, Azərbaycan dövlət himninin banisi, Azərbaycan "Türk ocağı"nın qurucusu Əhməd Cavadın sovet rejimi tərəfindən güllələndiyi, qətlə yetirildiyi gündür.

Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb, 1937-ci il cəza tədbirlərinin qurbanı olub.

Yenicə fəaliyyətini bərpa etmiş Azərbaycan "Türk ocağı"nın bərpaçıları adından  böyük şair, türkçülük  qəhrəmanının fəaliyyəti, millətin mücadiləsi yolundakı  gördüyü işlər yüksək dəyərləndirilib.

Azərbaycanın ictimai və mədəni həyatında əvəzsiz xidmətləri olmuş  Əhməd Cavadı xalqımız  həmişə böyük fəxarət hissi ilə anacaq, onun ruhu qarşısında baş əyəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu