Tunisdə növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilir


Oktyabrın 13-də Tunisdə növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilir.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, ikinci turda mübarizə müstəqil namizəd Kais Səid ilə “Tunisin ürəyi” partiyasının lideri, media maqnatı Nabil Karui arasında gedir.

Seçkilərin nəticələri oktyabrın 21-dək açıqlanacaq.

Qeyd edək ki, birinci turda Kais Səid 18,4 faiz, Nabil Karui isə 15,6 faiz səs toplayıb.

Ölkədə səsvermə hüququna malik vətəndaşların sayı 7 milyondan çoxdur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu