Tramp ABŞ qoşunları və Suriya-Türkiyə sərhədinin qorunması haqda: "Biz evə qayıtmalıyıq"


ABŞ qoşunları Suriyada Türkiyə-Suriya sərhədinin təhlükəsizliyini təmin etmək üçün qalmamalıdır, onlar getməlidir.
Virtualaz.org Reuters-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda mühafizəkar siyasətçilərin konfranslarına çıxış edərkən deyib.

"İndi Türkiyə ilə sərhəd boyu 30 kilometr enində sərhəd zonası var. Kürdlər gedirlər və bu yaxşıdır, qoy onların öz sərhədləri olsun. Amma mən düşünmürəm ki, bizim əsgərlərimiz Türkiyə və Suriya arasında sərhədi qorumaq üçün orada daha 50 il qalmalıdır. Biz öz sərhədimizin təhlükəsizliyini təmin edə bilmirik", - deyə Tramp ABŞ-ın cənub sərhədlərində qeyri-leqal miqrantlara qarşı mübarizədə yaranmış böhranı nəzərdə tutaraq bildirib.

ABŞ rəhbəri bəyan edib ki, Birləşmiş Ştatlar İŞİD-ə qalib gəlib: "Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, biz evə qayıtmalıyıq".
 
Xatırladaq ki, bundan əvvəl Tramp Amerika qoşunlarının Yaxın Şərqə göndərilməsini ABŞ hakimiyyətinin ölkə tarixindəki ən pis qərarı adlandırmışdı. Ağ Ev rəhbəri Yaxın Şərqdəki müxtəlif qruplar arasında döyüşlərin "yüz illər" davam etdiyini və ABŞ-ın müdaxilə etməyə dəyməz olduğunu qeyd etmişdi. Amerika lideri, "bu axmaq sonsuz müharibələrin" artıq ölkə üçün sona çatdığını açıqlamışdı.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu