Kafedə partlayış: 6 nəfər öldü







Çinin şərqindəki Tsyansu vilayətində kafedə baş verən güclü qaz partlaması nəticəsində ən azı altı nəfər ölüb.
"Sherg.az" Trend-əistinadən bildirir ki, bu barədə "Global Times" qəzeti bildirib.

Məlumata əsasən, daha doqquz nəfər yaralanıb. Onların sağlamlıq durumları barədə məlumat hələ verilməyib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatının demək olar ki, başa çatdığı qeyd olunur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu