Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçilib 

Müsavat Partiyasının IX qurultayında səsvermənin nəticələri məlum olub
"Sherg.az"ın məlumatına görə, səsvermənin nəticələrinə görə Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçilib.
Məlumat üçün bildirək ki, seçki qutusundan cəmi 338 bülleten çıxıb. Həmin bülletenlərdən 5-i səsvermə qaydalarına uyğun gəlmədiyi üçün etibarsız sayılıb. Belə ki, qalan 333 bülletendən məlum olub ki, 51 nəfər Tofiq Yaqublu, 20 nəfər Yadigar Sadıqlı, 262 nəfər isə Arif Hacılının lehinə səs verib.
Qeyd edək ki, Müsavat Partiyasının başqanı postuna namizədlər Arif Hacılı, Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı olub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu