Uşaqlarda göz xəstəliyini müəyyən edə bilən mobil tətbiq

Göz xəstəlikləri, müəyyən edilə bilinmədiyində ya da erkən simptomları nəzərə almadıqda, vəziyyət daha da pisləşə bilər. Mütəxəssislər göz xəstəliklərinin müəyyən edilməsinin asanlaşması üçün CRADLE (Computer Assisted Detector of Leukocoria) adında bir tətbiq yaratdı. Bu tətbiq sayəsində istifadəçilər, uşaqlardakı göz xəstəliklərini əvvəlcədən müəyyən edə biləcək.

Flaş işığı açıq bir şəkildə çəkilən fotoşəkillərdə gözlərdə yaranan qırmızı əks olunma ehtimalla bir çox adamın başına gəlmişdir. Əslində bu bir sağlamlıq göstəricisidir. Sağlam olmayan bir gözdə ağ əks olunmalar görülər və tətbiq də Leukocoria xəstəliyinin - göz torundakı ağ əks olunma - erkən işarələrinin müəyyəni üçün maşın öyrənməsindən faydalanır.

Araşdırmaçılar, tətbiqi göz xəstəliyi olan 40 uşaq üzərində 53 min fotoşəkil ilə təhlil etdiklərini söyləyirlər. Tətbiq, göz xəstəliyi olan 20 uşaqdan 16 nəfərin Leukocoria xəstəliyini həkim tərəfindən diaqnoz qoyulmadan 1,3 il əvvəl müəyyən etməyi bacarır.

Tətbiqin bu qədər yüksək bir müvəffəqiyyət əldə etməsi nəticəsində yalnız uşaqlar üçün olub olmadığını maraqlanmış ola bilərsiniz. Əslində yalnız uşaqlar üçün inkişaf etdirilən bir tətbiq deyil, ancaq uşaqlardan alınan məlumatlar üzərindən öyrədildiyi üçün uşaqlar üzərində daha yaxşı işləyir. Alqoritm inkişafa davam etdikcə xəstəlikləri, yetkinlər üzərində də bu qədər yüksək düzgünlüklə müəyyən edə biləcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu