Astronomlar nəhəng planet kəşf etdi

Astronomlar, planetin yaranmasının müasir nəzəriyyələrinə görə, mövcudluğu mümkün olmayan qeyri-adi nəhəng bir planet kəşf edib. Tapılan planet Yerdən 30 işıq ili məsafəsində yerləşir və Yupiterə bənzəyir, eyni zamanda kiçik qırmızı planet ətrafında fırlanır.

Deyerler.org-a bildirir ki, bu planetin ölçüsü, ulduzuna uyğun olaraq çox böyükdür. Əvvəllər kiçik qırmızı planetlər ətrafında yalnız böyük planetlərin fırlana biləcəyi güman edilirdi. Günəşin kütləsi Yupiterin kütləsindən 1050 qat daha böyükdürsə, "GJ 3512b" adlanan bu planet öz ulduzundan 270 dəfə böyükdür. Bu kəşf, məqalələri "Science" jurnalında dərc edilən müxtəlif ölkələrin astronomlar qrupu tərəfindən edilmişdir.

"Əvvəllər belə planetlərin mövcud olmaması haqda fikirlər yayılmışdır. Lakin buna əmin ola bilməzdik, çünki kiçik ulduzları müşahidə etmək çox çətindir, onlar çox solğun olur. Kiçik ulduzlara Günəş kimi böyük ulduzlardan daha çox rast gəlinir", - deyə astronom Peter Uitli bildirmişdir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu