Akademik Vasim Məmmədəliyev dəfn olunub - FOTOLAR (YENİLƏNİB)

Akademik Vasim Məmmədəliyev BDU-da keçirilən vida mərasiminin ardından İkinci Fəxri Xiyabanda dəfn olunub.

Mərhumun dəfninə ailə yaxınları, elmi ictimaiyyətin nümayəndələri, siyasi və ictimai xadimlər qatılıblar.

Allah rəhmət eləsin!

15:12

Akademik Vasim Məmmədəliyevlə vida mərasimi başa çatıb.

APA -nın məlumatına görə, vida mərasimi Bakı Dövlət Universitetində (BDU) keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın adından əklillər göndərilib.

Vida mərasimində Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, elm, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.
V.Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq.

13:30

Akademik Vasim Məmmədəliyevlə vida mərasimi başlayıb. APA -nın məlumatına görə, vida mərasimi Bakı Dövlət Universitetində (BDU) keçirilir.
V. Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, tanınmış ilahiyyatçı, şərqşünas alim, əməkdar elm xadimi V.Məmmədəliyev uzun sürən xəstəlikdən sonra oktyabrın 13-də, 77 yaşında vəfat edib.
Vasim Məmmədəli oğlu Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olub. 1949-1959 - Bakı şəhər 113 saylı orta məktəbdə təhsil alıb. O, akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə tərcümə edib. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub. 30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik edib. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilib.
V.Məmmədəliyev "Şərəf" və "Şöhrət" ordenləri ilə də təltif edilib.

10:02

Bu gün Bakı Dövlət Universitetində (BDU) tanınmış ilahiyyatçı, şərqşünas alim, əməkdar elm xadimi Vasim Məmmədəliyevlə vida mərasimi keçiriləcək.

Bu barədə Lent.az -a BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib. O bildirib ki, mərasim saat 13:00-da başlayacaq və iki saat davam edəcək.

Xatırladaq ki, V.Məmmədəliyev dünən uzun sürən xəstəlikdən sonra 77 yaşında vəfat edib.

Qeyd edək ki, Vasim Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olub. 1949-1959 - Bakı şəhər 113 saylı orta məktəbdə təhsil alıb. O, akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə tərcümə edib. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub. 30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik edib. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilib.
V.Məmmədəliyev "Şərəf" və "Şöhrət" ordenləri ilə də təltif edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu