Bakıda Türk Şurası ölkələrinin Xarici İşlər nazirlərinin iclası keçirilir

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin Xarici İşlər nazirlərinin iclası keçirilir.

Trend-in məlumatına görə, ilk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir.

Qeyd edək ki, Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan daxildir.

Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu