Blokda qadına qarşı zorakılık edən şəxs tutuldu

Ötən gün binanın blokunda qadına qarşı zorakılıq edən şəxs saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, hadisə oktyabrın 12-də, axşam saatlarında 28 May küçəsində yerləşən yaşayış binalardan birinin blokunda baş verib.

Həmin şəxs qadına qarşı quldurluq edərək, onun boyunbağını, üzüyünü, sırğasını və mobil telefonunu götürərək qaçmışdı.

Nəsimi RPİ Post Patrul Xidməti Bölüyü, 22-ci Polis Şöbəsi, Səbail RPİ Patrul Xidməti Bölüyü və 39-cu Polis Bölməsinin əməkdaşlarının birgə keçiriyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Ç.Mahmudov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu