"Leş Tofiq"dən sonra "Bala Tofiq" də tutuldu 

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Növbəti belə tədbiri AQTA əməkdaşları hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə Bərdə rayonunda keçiriblər.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, daxil olan məlumat əsasında Bərdə rayonu, Alaçadırlı kəndində məskunlaşmış Laçın rayonu, Soyuqbulaq kənd sakini “Bala Tofiq” ləqəbli 44 yaşlı Qurbanov Tofiq İbrahim oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib.

Baxış zamanı vətandaşa məxsus həyətyanı sahədə mənşəyi məlum olmayan, insan istehlakı üçün istifadəyə yarasız və sümükdən ayırılmış vəziyyətdə satış üçün hazırlanmış təxmini çəkisi 255 kiloqram ət aşkar edilib. Cəmdəklərə orqanoleptik baxış keçirilən zaman heyvanların qansızlaşdırılmasının düzgün aparılmadığı, ətin kəskin iyli olduğu məlum olub.

Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu