Bakıda avtobus qəzası ba. verib

Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Moskva prospekti, "Şamaxinka" deyilən ərazidə qeydə alınıb. Belə ki, şəhər istiqaməti ilə hərəkətdə olan sərnişin avtobusu "Toyota" markalı minik avtomobili ilə toqquşub. (Trend) Hadisədə xəsarət alan olmasa da "Toyota"ya ziyan dəyib, avtobus sürücüsü isə sərnişinləri düşürərək digər nəqliyyat vasitəsinə əyləşməyi xahiş edib.

Qəza səbəbindən sözügedən ərazidə tıxac yaranıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu