Analarının zəhərlədiyi uşaqlardan xəbər var

Dünən Samuxda və Şamaxıda ehtiyatsızlıq səbəbindən iki uşaq zəhərlənib. Oxu.Az xəbər verir ki, gecə saatlarında uşaqlara qida və su əvəzinə zəhərli kimyəvi maddə içirilib.

Hər iki fakt anaların yuxulu olması ilə əlaqələndirilir. Belə ki, Şamaxı rayonu, Sabir qəsəbəsində üç aylıq Rəhimov Cəlan Cəlil oğluna anası gecə saatlarında qida əvəzinə kerosin (neft) içirib.

Samuxda yaşayan üç yaşlı uşağa isdə ana gecə saatlarında su yerinə səhvən xlorofos verib. Hər iki uşağın vəziyyəti ağır olduğu üçün Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Oxu.Az- bildirib ki, kerosin içirilən Rəhimov Cəlan Cəlil oğlunun vəziyyəti normaldır. Xlorofos qəbul edən üç yaşlı uşağın vəziyyəti isə ağır olaraq qalır”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu