Bakı Zirvəsi: Toplantı türk dünyası üçün yeni mərhələnin başlanğıcı olacaq

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Zirvə Görüşünün Bakıda keçirilməsi türk dünyasının oyanışına növbəti təkandır”.

Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 

Politoloq bildirib ki, Özbəkistanın birliyə qatılması və Macarıstanın xususi status alması yaxın zamanda Türkmənistanın təşkilata üzv olacağı ehtimalını gücləndirir: 

“Qazaxıstanın fəallığı da bu təşkilata ümidləri artırır. Türkiyənin son zamanlar Yaxın Şərqdə müstəqil siyasət apararaq dünya güclərini Ankara ilə hesablaşmağa məcbur etməsi Türk Birliyi üçün çox vacib amildir. Hesab edirəm ki, bu gün keçirilən Zirvə Görüşündə bütün türk dövlətləri Suriyada aparılan əməliyyatlara dəstək ifadə edəcəklər”.



Politoloqun sözlərinə görə, Şuradan əsas gözlənti Dağlıq Qarabağ düyünün çözülməsində əməli iş görməkdir:

“Bu istiqamətdə ciddi fəaliyyət göstərməliyik. Ermənistan artıq seytnot vəziyyətinə düşüb. Paşinyanın əlaqəsiz açıqlamaları və münaqişənin həllindən yayınmaq cəhdləri bizə üstünlük verir. Zirvə toplantısının gündəliyinə “Qarabağ problemi “ilə bağlı maddə salınaraq xüsusi müzakirə olunması yaxşı fürsətdir. Hesab edirəm ki, tarixi görüş türk dünyası üçün yeni mərhələnin başlanğıcı olacaq”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu