Zelenski Avakovu istefaya göndərəcək - Çünki...

DİN rəhbəri prezidentdən sonra ölkədə ikinci gücə çevrilib


“Ukrayna Prezidenti Vladimir Zelenski daxili işlər naziri Arsen Avakovu istefaya göndərəcəyini bildirib”. 

Bu barədə “Şərq”ə açıqlamasında siyasi şərhçi Zeynal Əmralıyev deyib. Analitik bildirib ki, Arsen Avakov Poroşenko dövründən “Zelenskiyə miras qalan” tək-tük məmurlardan biri və vəzifəcə ən böyüyüdür: “Onun belə “əvəzolunmaz” qalmasının əsas səbəbi isə malik olduğu güclü əlaqələrdir. Avakovun küçələrdə dəstəyinin olduğu və bir çox dəstələrə himayədarlıq etdiyi haqqında mediada kifayət qədər informasiya var. Əvvəlki hakimiyyətdən indikinə miras qalmış Avakov həm Zelenski,  həm də Poroşenko hakimiyyəti üçün ciddi təhlükə idi”. 

Z.Əmralıyevin sözlərinə görə, Zelenski onu bir müddət vəzifədə saxlamaqla nəzarəti itirməmək, eyni zamanda onun gücündən istifadə edərək hakimiyyətini daha da gücləndirmək məqsədi güdürdü: 

“Şübhəsiz, Avakovun hökmranlığı çox davam edə bilməz. Çünki DİN rəhbəri Zelenskidən sonra ölkədə faktiki olaraq ikinci gücə çevrilib. Artıq ukraynalıların gənc dövlət başçısı öz rəqibinin gücünü, imkanlarını və əlaqələrini yaxşı bilir. Zelenski hər hansı təhlükədə Avakovu asanlıqla sıradan çıxarmaq imkanına sahibdir. Ona görə də vaxtında bu bəladan xilas olmaq istəyir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu