"Ərim həci deyil, axunddur" - Rəqsanə onlara lağ etdi

Müğənni Rəqsanə İsmayılova “hacı”ları ilə gündəmə gələn müğənnilərə lağ edib.

Lent.az -ın məlumatına görə, ifaçı İnstaqram səhifəsində canlı yayım edərək bildirib ki, onun həyat yoldaşı hacı deyil: “Mənim ərim hacı deyil, axunddur”.

İzləyiciləri Rəqsanəyə “Kimə söz atırsınız?” sualını ünvanlayıb. İfaçı isə sualları cavabsız qoyub.

Xatırladaq ki, şou-biznesdə müğənnilər Şəbnəm Tovuzlu, Afət Fərmanqızı və digərləri həyat yoldaşlarının hacı olduğunu deməklə gündəmə gəliblər.

Qeyd edək ki, R.İsmayılova Fazil adlı iş adamı ilə ailə qurub. O, ailə qurandan sonra Moskvaya köçüb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu